Tarix : 2018 Aug 15
Kod 56128

Terrorçular Suriyadan başqa ölkələrə nəql olunurlar

ABŞ ordusunun köməyi ilə Suriyada məğlubiyyətlə üzləşən bir çox terror qruplaşmasının üzvləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki xüsusi bazalara nəql olunurlar.

Arannews-Qüdsdə çıxan əl-Minar qəzetinin məlumatına görə, bu terrorçulara nəzarət edən BƏƏ-Ərəbistan komitəsi onlara yüksək məbləğdə maaş ödəmək, onların silah-sursatla təmin etmək işi ilə məşğuldur. 

Bu terror qruplaşmaları ərəb ölkələrində stabilllik və təhlükəsizliyi pozmaq və bu ölkələrin ordularının zəiflədilməsi üçün yetişdirilən bu terror qruplaşmaları vəhhabi-təkfirçi planları çərçivəsində yerli muzdluların əməkdaşlığı ilə ərəb ölkələrinə ezam olunurlar. Xüsusi dairələr ifşa ediblər ki, terror qrupları Ərəbistan və BƏƏ-nin maliyyə dəstəyi ilə bəzi ölkələrdə təşkilatlanmaqdadırlar. 

Bundan öncə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri öz nəhs məqsədlərini irəlilətmək, kin-küdurət xarakterli siyasətlərini yeritmək, Küveyt, İordaniya kimi ölkələrə təzyiq tətbiq etmək üçün bu terror qruplaşmalarından istifadə ediblər. 

  • Yazılıb
  • da (də) 2018 Aug 15
  • Göndərən مدير سايت Aran News