Tarix : 2018 Aug 16
Kod 56135

Nəsrullah: Bu gün iran ən güclü durumdadır

Livan Hizbullahının baş katibi dünən gecə müqavimətin 33 günlük müharibədəki qələbəsinin 12-ci ildönümü mərasimində 2006-cı il müharibəsi əslində Amerikanın regiona istilasını təmin etmək niyyəti ilə baş verdiyini bildirərək deyib: Amerikanlar və sionistlər bu müharibə ilə müqaviməti məhv etmək istəyirdilər ancaq planları alt-üst oldu.

Arannews-İRNA-nın verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah deyib: Livan 2006-cı il müharibəsində süqut etsəydi, sionist-amerikan plan, müharibəni Suriya eləcə də Fələstin müqavimətinə doğru davam etdirmək və sonda İranı mühasirəyə almaqdan ibarət idi. Livan Hizbullahının baş katibi müqavimətin bu gün özünün ən yaxşı durumunda olduğunu bildirərək deyib: Bu gün müqavimət öz qabiliyyətləri, təcrübə, iman, iradə və şücaətinə sövkənərək İsrail ordusundan daha güclüdür. 

Livan Hizbullahının baş katibi həmçinin amerikanların və Səudiyyə Ərəbistanının "əsrin sövdələşməsi" layihəsinin icrası üçün səylərinə toxunaraq deyib: Bu layihə məğlubiyyətə məhkumdur. 

Nəsrullah deyib: Müqavimət məhvərinin ayaqda durması, İran, İraq, Suriya və Livan müqavimətinin qələbəsi bu planın icrasının qarşısını alır. 

Livan Hizbullahının baş katibi Səudiyyənin Yəmənə qarşı hərbi təcavüzü barədə deyib: Yəmənlilərin Səudiyyə rejimini məğlub edəcəkləri qətidir. 

Seyid Həsən Nəsrullah deyib: Səudiyyə Ərəbistanının regionda rəhbərlik etdiyi cərəyan, Suriya və İraqda məğlub edildiyi kimi, dünyanı İrana qarşı blokadada birləşdirməkdən aciz qaldığı kimi Yəmən müharibəsində də məğlub olacaq. 

Livan Hizbullahının baş katibi həmçinin Amerikanın İrana qarşı qeyri-qanuni sanksiyalarının bərpası barədə isə deyib: Vaşinqton İrana sanksiya tətbiq etməklə İran İslam Respublikası hakimiyyətini devirmək və müqaviməti zəiflətmək istəyir amma heçvaxt məqsədlərinə nail olmayacaq. 

Nəsrullah düşmənlərin hələ İran xalqı və dövlətini tanımadıqlarını bildirərək deyib: Bu gün İran hər zamankından daha güclüdür. 


  • Yazılıb
  • da (də) 2018 Aug 16
  • Göndərən مدير سايت Aran News