Tarix : 2018 Aug 15
Kod 56139

Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan vermədilər

Jurnalist Şahvələd Çobanoğlunu sərhəd buraxılış məntəqəsindən geri qaytarıldı.

Arannews-Bu barədə məlumatı jurnalist öz fb səhifəsindən paylaşıb:

“2014-cü ilin sonundan ölkədən çıxışıma qadağa qoyulub. Ölkəmdə olmaqdan həmişə sevincliyəm, amma hüquqlarım illərdir pozulub. Həm də ağır nəticə doğuraraq. Bir nəticə sağlıq durumumla bağlıdır. 2014-cü ildə Türkiyədə müayinə olundum, müalicə başlandı, amma ölkədən çıxışıma qadağa qoyulması ilə hər şey dayandı. Detallarını yazmaq mənə xoş deyil, həm də elə çıxmasın ki, mənim ölkədən sərbəst çıxış hüququm “xəstəyəm, getməliyəm” dəlili üzərində qurulmalıdır. Mən humanizmə çağırış etmirəm. Mənim hüquqlarım pozulur. Sağlıq durumum tam normal olsa belə, hökumətin bizimlə belə davranmaq haqqı yoxdur. Mənimlə bərabər bir çox insanın eyni hüququ pozulur.
Bu gün – 14 avqust 2018-cü ildə Şimal bölgəmizdə yas məclisinə getmişdim, sərhəd keçid məntəqəsinin yaxında olduğunu düşünüb, xərcsiz ötüşdüyünü nəzərə alıb, sərhəd buraxılış məntəqəsinə getdim. Heç hara getmirdim, yoxlanış edirdim, necə deyərlər, hüququmu test edirdim. Keçib dərhal geri dönəcəkdim. Buraxmadılar, sərhəd idarəsinə gətirdilər, nələrisə dəqiqləşdirib, bir müddət sonra “baş prokurorluq çıxışınıza qadağa qoyub” izahı ilə məni geri göndərdilər.”

  • Yazılıb
  • da (də) 2018 Aug 15
  • Göndərən مدير سايت Aran News