. Piketlər şəhərin ayrı-ayrı hissələrində, dövlət qurumlarının binalarının qarşısına təyin olunacaq.
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyası kütləvi aksiyaları piketlərlə davam etdirəcək. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, bu barədə partiya Divanının son toplantısında qərar qəbul olunub. O, dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, mitinqlərə icazə verilmədiyini xatırladıb. Bu səbəblə icazəsiz aksiyaların keçiriləcəyini deyən G. Aslanlı bunun piket formasında davam etdirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib. Onun sözlərinə görə, aksiyalarda həm seçkiqabağı şəraitin demokratikləşdirilməsi, həm də sərbəst toplaşmaq azadlığının bərpa olunması tələb ediləcək. Piketlər şəhərin ayrı-ayrı hissələrində, dövlət qurumlarının binalarının qarşısına təyin olunacaq.