Tarix : 2018 Aug 17
Kod 56147

Azərbaycanlılar Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirəcəklər

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı avqustun 22-də Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qarşısında etiraz aksiyası keçirəcək.

Arannews-“Turan” informasiya agentliyi xəbər verir ki, bu barədə DAS Facebook səhifəsində məlumat yayıb.Aksiya “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnasan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları ilə keçiriləcək.Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. O, avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” təşkilatı (DAS) 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlı tərəfindən təsis edilib.


  • Yazılıb
  • da (də) 2018 Aug 17
  • Göndərən مدير سايت Aran News