Tarix : 2018 Aug 17
Kod 56149

BMT-nin xristian nümayəndəsi “müsəlman” Səud qəbiləsinin Yəmən cinayətlərini görüb göz yaşlarını saxlaya bilmədi – Foto

BMT-nin Yəmən üzrə humanitar koordinatoru Səudiyyənin hərbi təyyarələrinin yəmənli məktəblilərə qarşı son hücumunu pisləyərək deyib: Zəhyan məktəblilərinə hücum əsaslandırılası deyil.

Arannews-Təcavüzkar Səudiyyənin hərbi təyyarələri cüməaxşamı Sədə vilayətində Zəhyan şəhərində yəmənli məktəbliləri daşıyan avtobusu hədəfə aldı. Bu hücumda 55 uşaq öldü və 77 nəfər yaralandı.İRNA-nın verdiyi məlumata görə, bu hücum qurbanlarının durumunu araşdırmaq üçün Yəmənə səfər etmiş Liza Qrandi deyib: Dünya bütünlüklə Səudiyyə koalissiyasının bu hərəkətini pisləyir.

Liza Qrandi  Səudiyyənin bir neçə gün öncə etdiyi vəhşi hücumu nəticəsində  yaralanmış yəmənli uşaqları xəstəxanada ziyarət edib. Gördüyü mənzərə xanım Qrandini elə dəhşətə gətirib ki, göz yaşlarını saxlaya bilməyib.

 


  • Yazılıb
  • da (də) 2018 Aug 17
  • Göndərən مدير سايت Aran News