Onun yazdığına görə, artıq Talış sözü Az. R. dərsliklərindən çıxarılıb və onun mədəniyyəti və folkloru məhv olmaq təhlükəsi ilə üzləşib
Azerbaijan Servisi/Aran Agentliyi
Hümmətzadə: İran rəsmiləri İran xalqlarının talei ilə maraqlanmalı və onların haqlarını qorumalıdır.
Az. R. Talış Milli Hərəkatının sədri İran rəsmilərinə açıq məktub ünvanlayaraq, İran hökumətini Az. R-də yaşayan talışların hüququnu müdafiəyə çağırıb.
SƏHƏR telekanalının məlumatına görə, İran rəsmilərinə açıq məktubunu həmin telekanalın Kompas proqramının elektron poçtunun ünvanına göndərmiş Əlikram Hümmətzadə, rüsvayçı Türkmənçay və Gülüstan müqavilələri nəticəsində İranın Araz çayı şimalındakı ərazisinin ölkədən qoparılmasına toxunaraq həmin acı hadisədən sonra o ərazidə yaşayan talışların kəskin represiyalar və ayrı-seçkiliyə məruz qaldığını önə çəkib və Az. R. hökumətini Talış sözünü belə məhv etməyə cəhddə günahlandırıb.
Onun yazdığına görə, artıq Talış sözü Az. R. dərsliklərindən çıxarılıb və onun mədəniyyəti və folkloru məhv olmaq təhlükəsi ilə üzləşib.
Hümmətzadə buna sübut üçün Talış yazıçısı Novruzəli Məhəmmədov əleyhinə çıxarılmış ağır məhkəmə qərarını misal gətirib.
Talış Milli Hərəkatının sədri İİR-ni Az. R. hökuməti ilə yaxın əməkdaşlıq və dostluq etməyə görə də qınayaraq əlavə edib ki, "sənin xalqın bu gün səni köməyə çağırır, İran."