Tarix : 2018 Aug 17
Kod 56153

Ermənilər Şuşadakı muzeyi böyüdürlər

Bədnam qonşumuz işğal etdikləri Azərbaycan torpağında yaratdıqları muzeyin ərazisini son illərdə bir neçə dəfə genişləndiriblər.

Arannews-Muzeyin ekspozisiyasında ermənilər mənimsədikləri Qarabağ torpaqlarından tapılan Azərbaycanın tarixi arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri erməni tarixi kimi təqdim edirlər.

Bundan başqa, ermənilər bu ərzilərə qanunsuz turlar təşkil edirlər və xarici turistləri bir neçə ildir fəaliyyət göstərən muzeyə gətirərək burada olan nümunələri erməni tarixi eksponatları kimi nümayiş edirlər.

İşğal olunmuş torpaqlarda qurulan separatçı rejimin rəhbərləri Qarabağa qeyri-qanuni dəvət etdikləri xarici nümayəndələri belə bu muzeyə aparmaqdan çəkinmirlər.(unikal.org)


  • Yazılıb
  • da (də) 2018 Aug 17
  • Göndərən مدير سايت Aran News