Tarix : 2018 Aug 17
Kod 56154

Әli Kәrimli hakimiyyәti tәcili pensiya islahatına çağırdı

Əli Kərimli son zamanlar süpürgəçi, yaşlı qadınların avtomobil vurmasından həyatıni itirməsindən narahat olduğunu bildirib və hakimiyyəti pensiya islahatına başlamağa dəvət edib:

Arannews-Süpürgəçi qadınlar maşınların altında qalıb ölməsin!Bəs acından necə? Acından ölmələri problem deyil? 7 nəfər çarəsiz süpürgəçi qadının maşınlar altında qalıb ölməsimi lazım idi ki, hakimiyyətdəki feodal təfəkkürlülülər hazırda 21-ci əsr olduğunu anlasınlar?İndi deyəsən anlayıblar. Sosial şəbəkələrin təzyiqindən sonra rejim Bakının təmizlənməsini avtomatlaşdırmağa razılıq verib. Vəd ediblər ki, nəhayət, bu məqsədlə xüsusi texnika alınacaq və çarəsiz süpürgəçi qadınlar daha maşınların altında qalmayacaq. Hətta bu vədlərini yerinə yetirsələr belə, problemin yenə də bir tərəfi həll olunmuş olacaq. Bəs həmin süpürgəçi yaşlı qadınlar necə dolanacaq? Aydın deyilmi ki, bu yaşlı, xəstə qadınlar yalnız çarəsizlikdən belə bir riskli işi görürlər? Onların və onlar kimi digər 100 minlərin aldığı pensiya dolanışıqlarını təmin etmir.Ümumiyyətlə, yaşlı adamların aldıqları pensiya ləyaqətli qocalıq yaşamağa imkan vermir. Aydındır ki, indi verilən pensiya (bəzi kateqoriyadan olan pensionerlər istisna olmaqla) ahıl vətəndaşlarımızın heç dərman, müalicə xərcinə kifayət etmir. Bəs onlar günü-gündən artan kommunal xərcləri, nəqliyyat xərclərini necə ödəsinlər? Yemək və digər zəruri xərcləri necə təmin etsinlər?Azərbaycanda təcili pensiya islahatına ehtiyac var. Pensiyaları azı 50 faiz və təcili artırmaq lazımdır. Korrupsiyanın illik dövriyyəsini 5-10 faiz azaltmaqla bütün pensiya və müavinәtlәrı azı 50 faiz artırmaq olar.”

  • Yazılıb
  • da (də) 2018 Aug 17
  • Göndərən مدير سايت Aran News