Xəbər Lenti

''Yazmışdım ki, zindanlarda adamlara zülm eləməyin, ona görə döyürdülər''

Azərbaycanda ən çox siyasi məhbus dindarlar arasındadır. Ən son siyahı

Qüds müftisi İslam dünyasına müraciət edib: Əqsa qarşısında vəzifənizi yerinə yetirin

Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya səhifəsi yaradılıb

Azərbaycan “QHT-lərin hüquqlarının pozulduğu ölkələr” sırasına daxil edilib

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu

Sərhədin bu tayında

Daha bir AXCP üzvünün saxlandığı deyilir

İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Avropadakı mühacirlər BMT-nin ofisi önünə toplaşıblar

Paşinyan xalqı yenidən yürüşə çağırd

Azərbaycan-R Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib

Azərbaycan R-nın hərbi heyəti İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında olub

İşçi Qrup: Azərbaycanda 127 siyasi məhbus var

Ərdoğan NATO-nu terrorçulara dəstəkdə ittiham etdi

Cəbhəçi Rövşən Quliyev həbs edilib

Qüdslü fəal: İsrail Qüdsü yəhudiləşdirmək üçün əlindən gələni edir

Prokuror AXCP üzvlərinə iş istəyib

Prokuror AXCP üzvlərinə iş istəyib

Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO

Cəbhədə düşmən təxribatı davam edir: Atəşkəs 29 dəfə pozulub

Ərdoğan hələ indi başa düşüb: ”Avropa İttifaqı Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir”

Xəzəryanı ölkələr bu dənizdə başlanğıc xəttin təyini üçün səy göstərirlər

Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir (Yenilənib

Şeyxdən çeçen-azərbaycanlı davasına münasibət

Bəşər Əsəd 15 ay sonra ilk dəfə çıxış etdi

Rusiyada Azərbaycana qarşı növbəti təxribat

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Bakıda siyasi məhbuslara dəstək aksiyasına çağırılıb

Azərbaycanda hər dörd cütlükdən biri boşanır

Əsəd: Ərdoğan əslində amerikalılar üçün kiçik muzdlu əsgərdir

Paşinyandan müxalifətə: Ofisinizdə Rusiya bayrağını niyə asmırsız

Milli Şura mitinq təyin edib

124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bəşər Əsəd Suriyada silahlı qruplara müraciət edib

HƏMAS: Varşava konfransı yalnız İsrailin maraqlarına xidmət edir

Novruzqabağı əfvlə "siyasi məhbuslar" azad edilə bilərmi

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür

Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər

Milli Şura yenə mitinq təyin etdi

Arxiv
 
Tarix : 2018 avq 19     |     Kod : 56157

Tramp və Türkiyədə yeni kapitulyasiyanın həyata keçirilməsi

Əvvəl Ağ Ev bəyanat verdi ki, Türkiyə öz ərazisində Amerika vətəndaşını mühakimə edə bilməz və onu Amerikanın bu ölkədəki dövlət rəsmisinə təhvil verməlidir. Bundan sonra ABŞ prezidenti Tramp Türkiyə prezidenti Ərdoğana müraciət edərək, xəbərdarlıq etdi ki, amerikalı keşişi dərhal azad etsin və Amerikaya ekstradisiya etsin, Türkiyənin onu mühakimə etmək haqqı yoxdur.

Arannews-Ərdoğan Trampa sərt cavab verərək bildirdi ki, Türkiyənin müstəqil hüquq qanunlarına müdaxilə etməsinə və bizə göstəriş verməsinə Trampın haqqı yoxdur.Bu qarşılıqlı açıqlamalarla amerikalı keşiş Endryu Brunsonun mühakimə mövzusu beynəlxalq xəbərlərin əsas mövzusu kimi yer aldı. Trampın müstəqil bir ölkədə yeni kapitulyasiya həyata keçirmək üçün əl-ayaq çalması Türkiyə və Avropa mətbuatında qınandı. Tramp, Ankaraya sanksiyalar tətbiq etdi. Beləliklə, Türkiyə Trampın sanksiya qoyduğu 11 ölkənin siyahısına əlavə edildi.Ərdoğan əvvəldə amerikalı keşişin mühakimə olunmasına iki ölkə tərəfindən siyasi, xüsusən də hüququ qiymət verilərək araşdırılmasını istəyirdi. Amma Tramp kapitulyasiya qaydası əsasında quldurcasına bildirdi ki, əgər Türkiyə iki gün müddətində amerikalı keşişi azadlığa buraxmasa və onu ABŞ-a qaytarmasa, daha şiddətli sanksiyalarla üzləşəcək. Ərdoğan, ölkəsinin məhkəməsinin müstəqilliyini təhdid edən bu quldurluq qarşısında müqavimət göstərdi. Trampın göstərişi ilə Türkiyəyə qarşı sanksiya tətbiq edildi. ABŞ-ın Xəzinə Nazirliyi Türkiyəni ticarət-bank sanksiyası siyahısına saldı. Eyni zamanda Tramp Türkiyənin ixrac etdiyi alüminium və polad məhsullarına əlavə rüsum qoydu.

Bir çox siyasi analtiklər Trampın bu hərəkətini (Türkiyəyə qarşı siyasi-iqtisadi baykot) Suriya məsələsində Ərdoğanın Rusiyaya yaxınlaşması, İranla münasibətlərini qoruması, fələstinliləri və Həması müdafiə etməsi, həmçinin Rusiyadan hava hücumundan müdafiə sistemi alınması müqaviləsinin imzalaması ilə əlaqələndirirlər. Lakin, Tramp amerikalı keşişin Türkiyədə çevrilişdə əli olması, onun Amerika və qondarma İsrailin xeyrinə casusluq etməkdə ittiham olunaraq həbs və mühakimə olunmasını bəhanə etmişdir. İki həftədən də az bir müddətdə Türkiyə-Amerika münasibətləri pozuldu və qaranlıq vəziyyətdə qaldı. Amerikanın sanksiyaları, xüsusilə də yeni tiracət rüsumlarının icrası ilə üzləşmiş Avropa ölkələri Trampın bu hərəkətini məntiqsiz adlandırdı və diplomatiya qayda-qanunları ilə uyğun olmadığını bildirdilər.Türkiyə ABŞ-ın iqtisadi sanksiyalarından ağır zərbə aldı və lirənin dollara qarşı dəyərdən düşməsinə ilə qarşılaşdı. Ərdoğan xalqa müraciət edərək dedi: “Amerika (Tramp) kürəyimizə xəncər sapladı. Türkiyə xalqı Amerika prezidentini müstəqilliyimiz əleyhinə müharibəsi qarşısında müqavimət göstərəcək.”Lirənin dəyəri elə səviyyədə düşdü ki, Ərdoğan xalqa müraciət edərək öz dollar və qızıllarını milli pula çevirməyi istədi. Türkiyə prezidenti lirənin dəyərdən düşməsini düşmənlərin çirkin planı adlandırdı, bunun ölkə iqtisadiyyatı ilə bağlı olmamasını bildirdi və xalqa müraciət edərək dedi: “... Bu qalmaqallar nə üçündür? Bunun səbəbi heç də iqtisadi vəziyyət deyil, Türkiyə əleyhinə planlardır.”Türkiyə mərkəzi bankı faizləri qaldırdı ki, pul böhranını nəzarətdə saxlamaqla Trampın Türkiyə xalqı və dövlətinə vurduğu zərbənin əvəzini çıxsın. Lakin bununla belə, Türkiyədə lirənin dəyər itirməsi davam edir, bu ölkənin daxili və xarici bazarları gərgin durumdadır.Həqiqət budur ki, Tramp sanksiya tətbiq etməklə bütün dünyada və bir çox ölkələrə qarşı iqtisadi müharibəyə başlamışdır. Bu siyasət Türkiyəyə qarşı hər bir dövlətin məhkəmə və hüquq istiqlalını məhv edən kapitulyasiya prinsipini irəli çəkməklə neçə ildən sonra bir daha Tramp vasitəsilə dirildi və həyata keçirildi. Ərdoğan və Türkiyə Tramp tərəfindən həyata keçirilən suverenlik əleyhinə olan kapitulyasiyanın ilk qurbanları oldu. Maraqlı budur ki, qərb medialarında Türkiyə əleyhinə psixoloji müharibə və sionist dialoqu işə salınmışdır. Bu günlərdə qərbin dünya mediasında, fars dilli medialarda İrana qarşı işə salınan müharibə kimi. Beləliklə, Tramp siyasətdə və beynəlxalq balansda quldurluğunu təsbit etmək üçün hal-hazırda Türkiyəni hədəf olaraq seçmişdir, Nyu-Yorkda sionist lobbilər və sionist rejim (Netanyahu) bu hərəkəti müdafiə edir./Əbülqasim Qasimzad/


Mənbə: “İttilaat” qəzeti


Açar sözlər : 

Yazılıb da (də)   2018 avq 19  Saat  14   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin