Tarix : 2018 Aug 18
Kod 56159

Əfqan Muxtarlıya kitab qadağası var

6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlıya siyasi ədəbiyyatın verilməsində problem yaradılır.

Arannews-Bu barədə Meydan TV-yə NİDA Hərəkatının koordinatoru Samir Əsədli məlumat verib. Deyib ki, buna görə hüquqi addımlar atılması planlaşdırılır:

"Hüquqi əsaslar olsa da, nə mən, nə də digər dostlarımızı Əfqan Muxtarlı ilə görüşə buraxırlar. Bu azmış kimi ona istədiyi kitabları çatdırmağa da imkan vermirlər. Hər dəfə aparırıq, baxır, geri qaytarırlar. Biz problemin həll edilməsi üçün hüquqi yollara əl atacağıq".Samir Əsədli deyib ki, jurnalistin vəkilləri ilə məsləhətləşdikdən sonra qərara alıblar ki, kitab qadağasının aradan qaldırılması üçün məhkəməyə müraciət edilsin.Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı ötən ilin mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul da qoyulub.Azərbaycan hökuməti isə onu dövlət sərhədini qanunsuz keçmədə, qanunda icazə verilən miqdardan artıq, gömrük rüsumu ödəmədən ölkəyə xarici valyuta gətirməkdə və saxlanılan zaman dövlət rəsmisinə xəsarət yetirmədə təqsirli bilib.Yanvarın 12-də Balakən məhkəməsinin qərarı ilə jurnalisti 6 il müddətinə azadlıqdan məhrum ediblər.Beynəlxalq təşkilatlar Əfqan Muxtarlını siyasi məhbus sayırlar.

  • Yazılıb
  • da (də) 2018 Aug 18
  • Göndərən مدير سايت Aran News