Tarix : 2018 Aug 18
Kod 56161

Rusiya ABŞ-ın beynəlxalq qanunlara etinasızlığını qınayıb

Rusiya dövləti bir bəyanat yayaraq Amerkanın beynəlxalq qanunlara sadiq qalmamasını tənqid edib.

Arannews-Spotnikin verdiyi məlumata görə, Rusiyanın XArici İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq bildirib: Moskva Rusiyanın diplomatik missiyası barədə beynəlxalq hüquq normalarının pozulmasına görə, Vaşinqtona etiraz notası göndərib. Bəyanatda deyilir: Rusiyanın XİN diplomatik vasitələrlə ABŞ Dövlət Departamentinə etiraz notası göndərərək Moskvanın ABŞ ərazilərində Rusiyanın diplomatik missiyası və konsulluq qrumları barədə Vaşinqton tərəfindən beynəlxalq hüququn davamlı və aşkar şəkildə pozulmasına öz kəskin etirazını bildirib. 

Rusiya XİN bildirib: Bu durumun mənfi nəticələri, Moskva-Vaşinqton əlaqələri çərçivəsini aşıb və bütün beynəlxalq ictimaiyyətin mənafeyini geniş miqyasda təsir altına alıb. Rusiya XİN həmçinin Amerikanın bu ölkəyə qarşı yeni sanksiyaları barədə bildirib: Rusiyaya qarşı sanksiya dalğaları qanunsuzdur və hansısa başqa bir rus şirkətin adının sanksiya siyahısına yerləşdirilməsi Moskvanın Pxenyana qarşı prinsipial mövqeləri ilə qarşılaşmaq istiqamətində cəhd hesab olunur. Amerikanın xəzinədarlıq nazirliyi çərşənbə günü bir rus şirkəti və onun rəhbələrinin adını, Şimali Koreya gəmilərinə liman xidmətləri və yardımlar təqdim etmək ittihamı ilə sanksiyalar siyahısına daxil edib. 

  • Yazılıb
  • da (də) 2018 Aug 18
  • Göndərən مدير سايت Aran News