Tarix : 2018 Aug 18
Kod 56164

Həccə gələn müsəlmanlarının sayı haqda ən son STATİSTİKA

Həccə gələn müsəlmanlarının sayı haqda ən son STATİSTİKA

Arannews-İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, həcc əməllərinin yerinə yetirilməsi üçün Səudiyyə Ərəbistanına təxminən 1,7 milyon xarici ölkədən olan müsəlman gəlib.
Krallıqdan verilən məlumata görə, indiyədək 1,684,629 hacı pasport yoxlamasından keçib. Onlardan da 890 mini kişi, 741 mini qadındır.
Üstəlik, xarici vətəndaşlarla yanaşı Səudiyyə Ərəbistanında yaşayan 233,740 müsəlman da zəvvar qismində rəsmi şəkildə qeydiyyatdan keçib.
Bunları krallığın sərhəd xidmətinin rəisi Süleyman əl-Yəhya bildirib.
Zəvvarlığın qeydiyyatı əlavə öhdəlik və xərclər tələb etdiyi üçün, Səudiyyə Ərəbistanında işləyən çox sayda əmək miqrantı Həcci qeyri-qanuni yollarla yerinə yetirməyə çalışırlar. Bu səbəbdən də onların sayı haqda məlumatlar rəsmi statistikaya daxil edilmir.

  • Yazılıb
  • da (də) 2018 Aug 18
  • Göndərən مدير سايت Aran News