Tarix : 2018 Aug 19
Kod 56169

“Azadlıq” qəzetinin əməkdaşının qardaşının azadlığa buraxılması üçün məhkəməyə müraciət olundu

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı ilə bağlı məhkəməyə müraciət edilib.
Arannews-Məlum olduğu kimi Murad Ədilov qardaşı Natiq Ədilovun jurnalist və siyasi fəaliyyətinə görə 2014-cü ilin avqustunda şərlənərək həbs olunub. Murad Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu günlərdə onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunub.
Bu barədə məlumatı redaksiyamıza Murad Ədilovun vəkili Bəhruz Bayramov verib.
  • Yazılıb
  • da (də) 2018 Aug 19
  • Göndərən مدير سايت Aran News