, tədbir İran vaxtı ilə səhər saat 3.30 dəqiqədə başlanacaq və Press Tv telekanalı vasitəsi ilə bir başa translyasiya ediləcək
Iran Servisi/Aran Agentliyi
Amerikada fəaliyyət göstərən anti müharibə qrupu İranın 2 iyul tarixində şəhid olan vətəndaşlarına xatirə mərasimi keçirir.
Anti müharibə qrupu, 1988-ci milad ili iyunun 2-də Amerikanın Vincence adlı hərbi gəmisi tərəfindən faciə də şəhid olanların xatirəsini qeyd etməyə qərarlı olduğunu bildirərək həmin mərasimin cümə axşamı günü keçiriləcəyini də qeyd edib.
Məlumata görə, tədbir İran vaxtı ilə səhər saat 3.30 dəqiqədə başlanacaq və Press Tv telekanalı vasitəsi ilə bir başa translyasiya ediləcək.
Qeyd edək ki, 1988-ci il iyunun 2-də İrana aid bir sərnişin təyyarə İranın cənubunda yerləşən Bəndərabbas limin şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Dobay şəhərinə doğru uçuş halında olarkən, Amerikanın Vincence adlı hərbi gəmisi tərəfindən hücuma məruz qalaraq süquta uğradı. Həmin hadisədə təyyarənin 298 nəfərdən ibarət bütün sərnişinləri və ekipajları şəhid oldu.