Tarix : 2018 Aug 19
Kod 56170

‘’Azərbaycanı İlqar Məmmədovun işində Avropa Məhkəməsinin hökmünə əməl etməyə çağırırıq’’

Britaniya Xarici İşlər Nazirliyi Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədovun azad edilməsini alqışlayıb. Bu barədə nazirlik açıqlama yayıb və Azərbaycanı insan haqları üzrə işlərdə tərəqqiyə çağırıb.
Arannews-“İlqar Məmmədovun azad edilməsi irəliyə doğru, müsbət addımdır. Lakin biz Məmmədovun azad edilməsinə Azərbaycan hakimiyyəti tərəfindən bəzi şərtlərin qoyulmasından narahatıq. Birləşmiş Krallıq, Azərbaycanı Avropa Şurasının dəfələrlə tələb etdiyi kimi, İlqar Məmmədovun qeyd-şərtsiz azad olunmasına dair Avropa İnsan Haqları Məhkəməsinin hökmünə riayət etməyə çağırırıq”.Bəyanatda o da deyilir ki, Britaniya Azərbaycanın firavan, tolerant və demokratik cəmiyyətə çevrilməsini istəyir:“Bu isə insan haqları baxımından narahatlıq doğuran başqa işlərdə pozitiv addımlar atılmasını tələb edir. Biz beynəlxalq öhdəliklərə əməl etməsində Azərbaycana bundan sonra da dəstəyimizi davam etdirəcəyik”.Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi İlqar Məmmədovun qalan həbsxana müddətinin ləğv edilməsi barədə qərar qəbul edib.

Məhkəmənin hökmünə görə, İ.Məmmədov iki il sınaq müddətində olacaq və bu müddətdə onun ölkəni tərk etməsinə icazə verilmir.İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.


  • Yazılıb
  • da (də) 2018 Aug 19
  • Göndərən مدير سايت Aran News