Tarix : 2018 Aug 19
Kod 56172

ABŞ-ın Pensilvaniya ştatında 300-dən çox rahib 16 il müddətində 1000-dən çox uşağa cinsi təcavüz edib

Pensilvaniya ştatının 6 şəhərində yerləşən katolik kilsəsində ruhanilər iyrənc hərəkətləri ilə gündəmə gəliblər.
Arannews-Pensilvaniya ştatındakı 6 katolik Yeparxiyası – Allentaun, Eri, Qrinsberq, Harrisberq, Pittsburq və Skrantonda – din xadimlərinin azyaşlılara qarşı seksual zorakılıq hərəkətlərinə dair geniş hesabat açıqlanıb. Bu barədə məlumatı NBC10 kanalı yayımlayıb..Məlumata görə, 1300 səhifədən ibarət olan hesabatda 300-dən çox katolik rahibin yetkinlik yaşına çatmamış 1000-dən çox şəxsə qarşı müxtəlif xarakterli seksual zorakılıq hərəkətlərinə yol verdikləri bildirilib.Bununla belə, rahiblərin zorakılığına məruz qalan şəxslərin sayının daha çox olduğu vurğulanıb. Rahiblərin cinayətləri sırasına zorlama, aborta məcburetmə, uşaq pornoqrafiyası və digər qanunsuz hərəkətlər daxildir.

  • Yazılıb
  • da (də) 2018 Aug 19
  • Göndərən مدير سايت Aran News