Tarix : 2018 Aug 19
Kod 56173

Amerika ilə Türkiyə əlaqələrində böhran davam edir

Vaşinqton və Ankara əlaqələrində çaxnaşmaların davamında ABŞ prezidenti Türkiyədə saxlanılan amerikalı rahibi girov adlandırıb.
Arannews-ABŞ prezidenti Donald Tramp bir daha Türkiyəni casusluqda ittiham edilən amerikalı rahib Andru Bransonu həbs etdiyinə görə hədələyib.

Tramp tvitterdə yazıb: Bu amerikalı rahibin azadlığı üçün nəsə ödəməyəcəyik, Türkiyə ilə əlaqələrimizi azaldacağıq.ABŞ-ın xəzinədarlıq naziri Stiven Menoçin də dünən bildirib ki, Branson azad edilməzsə Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq ediləcək.A.Branson Türkiyədə casusluq fəaliyyətində və uğursuz dövlət çevrilişində iştirak etmək ittihamı ilə ev dustağı edilib.ABŞ Bransona qarşı ittihamların doğru olmadığını iddia edərək Türkiyənin Ədliyyə Nazirliyinə sanksiya tətbiq etdi. Sonra Türkiyə mallarına gömrük tariflərini artırdı və beləliklə Türkiyəyə qarşı iqtisadi müharibə elan etdi.Amerikanın təxribatçı hərəkətləri nəticəsində Türkiyə lirəsi öz dəyərini 35 faiz itirdi.Türkiyə xalqına görə bu ölkədə yaranmış valyuta problemi əslində Amerikanın Türkiyəni zəiflətmək cəhdlərinin nəticəsidir.


  • Yazılıb
  • da (də) 2018 Aug 19
  • Göndərən مدير سايت Aran News