Tarix : 2018 Aug 20
Kod 56179

Haşdi Şabidən Suriya sərhədində əməliyyat

İraqın Haşdi Şabi qüvvələri İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirib.

Arannews-FaktXəbər-in "Al-Ahed" saytına istinadən məlumatına görə, Haşdi Şabi İraqın Suriya sərhədindəki İŞİD mövqelərini vurub.Sərhəd polislərinin də dəstək verdiyi əməliyyatda İŞİD mövqeləri topçuların sıx atəşi ilə hədəf alınıb.Qeyd edək ki, Haşdi Şabi qüvvələri dünən də Suriya sərhədlərindəki terrorçulara qarşı əməliyyat keçirib.

  • Yazılıb
  • da (də) 2018 Aug 20
  • Göndərən مدير سايت Aran News