Iran Servisi/Aran Agentliyi
İranın xarici işlər naziri deyib: BMT-nin 5 daimi üzvü və Almaniyadan təşkil olunmuş 5+1 qrupunun son məktubu cavablandırılacaq.
Mənuçehr Müttəki Nyu-Yorkda Amerikanın informasiya vasitələrinin müxbirləri və media nümayəndələrinin iştirakı ilə keçirilmiş bir mətbuat konfransında əlavə olaraq deyib: Nüvə fəaliyyətləri ilə bağlı biz məntiq, qanun və konstruktiv baxışlara əsaslanan yolun tərəfdarıyıq.
İran Diplomatiya İdarəsinin başçısı deyib: Nüvə fəaliyyətləri ilə bağlı ən son yenilik təklif paketlərinin mübadiləsidir. Belə ki, İranın təklif paketi təqribən bir ay yarım bundan qabaq, müqabil tərəfin isə təklifi təqribən iki həftə əvvəl təqdim olunub.
İranın xarici işlər naziri əlavə olaraq bildirib ki, İranın təklif paketi və altılar qrupunun təklifləri məsələlərə əhatəli baxmaq üçün fürsət yaradıb. Qeyd edək ki, Mənuçehr Müttəki BMT-nin İqtisadiyyat və Sosial Məsələlər Şurası (ECOSOC)-a üzv ölkələrin nazirləri iclasında iştirak məqsədi ilə Nyu-Yorka səfər edib. O həmin iclasda İranın dünya iqtisadiyyatını təsir altına alan böhran və davamlı inkişaf barədəki mövqelərini açıqlayacaq.