Tarix : 2018 Aug 20
Kod 56180

Yəmənin qərb sahilində döyüşlər şiddətlənib

Yəmən Müdafiə Nazirliyi: Təcavüzkarların 140 nəfəri öldürülüb, 236 nəfəri yaralanıb və 15 hərbi texnikası məhv edilib.

Arannews-Yəmən televiziyası rəsmi saytının Sənadan verdiyi xəbərə görə, ölkənin qərb sahilində döyüşlər şiddətlənib. Ordu qüvvələri və xalq komitələri təcavüzkarlar ölkənin əsgərlərinə hücum edərək Əl-Hudəydə əyalətinin Əl-Hacc bölgəsini işğaldan azad edərək, burada nəzarəti ələ alıblar. Habelə cinayətkar Ərəbistan qüvvələrinin Dureyhimi məntəqəsinə tərəf irəliləməsinin qarşısını alıblar.Müdafiə Nazirliyi bildirib ki, təcavüzkar qüvvələrin 140 əsgəri öldürülüb, 236 nəfəri yaralanıb və 15 hərbi texnikası məhv edilib. Həmçinin təcavüzkarlar döyüşdən qaçarkən Ərəbistan qırıcıları tərəfindən hava hücumlarına məruz qalıblar və nəticədə Ərəbistan öz muzdurlarından 40 nəfərini öldürüb.


  • Yazılıb
  • da (də) 2018 Aug 20
  • Göndərən مدير سايت Aran News