Tarix : 2018 Aug 21
Kod 56186

Əfqan Muxtarlı Ali Məhkəməyə müraciət etdi

Jurnalist Əfqan Muxtarlı barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verib.

Arannews-Teleqraf.com xəbər verir ki, Əfqan Muxtarlının şikayəti araşdırılması üçün Ali Məhkəmədə hakim Fərhad Kərimovun icraatına verilib.İlkin baxış iclası sentyabrın 18-nə təyin edilib.Qeyd edək ki, Balakən rayon Məhkəməsinin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının şikayəti təmin edilməyib.İttihama görə, Əfqan Muxtarlı ötən il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuzkeçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

  • Yazılıb
  • da (də) 2018 Aug 21
  • Göndərən مدير سايت Aran News