Tarix : 2018 Aug 21
Kod 56190

Ərdoğan: Din və bayrağımıza hücum edənlər bizi diz çökdürmək istəyirlər

Ərdoğan ölkəsinə qarşı olan iqtisadi təzyiqlə bağlı danışıb.

Arannews-un “Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, rəsmi Ankara hesab edir ki, Türkiyə iqtisadiyyatına qarşı edilmiş “hücumla”, ölkənin bayraq və dininə olan hücum arasında fərq yoxdur. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə etdiyi təbrik çıxışında deyib.

İqtisadiyyatımıza edilmiş hücumla bayrağımız və azanımıza edilmiş hücum arasında fərq yoxdur. Məqsəd elə eynidir: Türkiyə və onun xalqını diz çökdürmək, qula çevirmək.”, - deyə Ərdoğan qeyd edib.O bildirib ki, Türkiyə xalqı xaricdən olan iqtisadi təzyiq səbəbi ilə öz kursunu dəyişməyəcək.

Xatırladaq ki, daha öncə Ərdoğan bəyan etmişdi ki, ABŞ rəhbərliyi Türkiyənin “kürəyindən zərbə endirməyə” çalışır.

  • Yazılıb
  • da (də) 2018 Aug 21
  • Göndərən مدير سايت Aran News