Tarix : 2018 Aug 21
Kod 56194

İnqilab Rəhbəri hacılara müraciətdə: ABŞ-ın siyasəti militarizm və müsəlmanları bir-birinin əli ilə qırğın etməkdir

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın müsəlmanlar arasında militarist siyasətinə toxunaraq bildiriblər: Ayıq-sayıqlıqla bu şeytani siyasəti zərərsizləşdirmək lazımdır və həcc, müşriklərdən bəraət bu ayıq-sayıqlığa şərait yaradır.

Arannews-İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü Allah Evi hacılarına müraciətdə vacib həcc əməllərini yerinə yetirmək üçün daimi bir məkanın təyin olunmasını müsəlmanlar və islam ümmətinin birliyi üçün simvol adlandırıb və xatırladıblar: Həcc bu məkanda və bu zaman kəsiyində, həmişə və bütün illərdə, şəffaf dili və açıq-aşkar məntiqi ilə müsəlmanları birliyə çağırır və islam düşmənlərinin istəyinin tam qarşısında dayanır. Düşmənlər bütün dövrlərdə, xüsusilə də hazırkı dövrdə müsəlmanları bir-birləri ilə qarşılaşmağa təşviq edirlər. Həzrət Ayətullahülüzma Xamenei ABŞ-ın imperialist və cinayətkar davranışına toxunaraq əlavə ediblər: İslam və müsəlmanlar qarşısında ABŞ-ın əsas siyasəti militarizm, müsəlmanları bir-birinin əli ilə qırğın etmək, zalımları məzlumların canına salmaq, zalım tərəfi dəstəkləmək, zalımın əli ilə məzlumu rəhmsizliklə repressiya etmək, bu dəhşətli fitnənin odunu həmişə daha güclü alovlandırmaqdır. İslam İnqilabının Böyük Rəhbəri müsəlmanların ayıq-sayıq olmalarını və bu şeytani siyasəti zərərsizləşdirmələrini vurğulayaraq bildiriblər: Həcc bu ayıq-sayıqlığa şərait yaradır və bu, Həccdə müşriklər və zalımlardan bəraətin fəlsəfəsidir. 

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Əziz hacılar! Suriya, İraq, Fələstin, Əfqanıstan, Yəmən, Bəhreyn, Liviya, Pakistan, Kəşmir, Myanma və digər bölgələrdə islam ümməti və məzlumlar üçün dua etməyi unutmayın, ABŞ və digər zalımların əllərinin kəsilməsi və onların güclənməsini Allah-taaladan istəyin.

  • Yazılıb
  • da (də) 2018 Aug 21
  • Göndərən مدير سايت Aran News