Tarix : 2008 Jul 03
Kod 5620

Bu gün Rusiya prezidenti Dimitri Medvedev Bakıya gəlir

Medvedevin Azərbaycan prezidenti ilə keçirəcəyi görüşdə "Qazprom"un Azərbaycandan qaz alqısı ilə bağlı təkliflərini də müzakirə edəcəyi gözlənilir
Azerbaijan Servisi/Aran Agentliyi
   Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Bakıya gəlir. Azərbaycan, Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedevin ilk dəfə olaraq səfər edəcəyi sayca ikinci MDB ölkəsi olacaq. Ekspertlər Medvedevin bu səfərini regionda baş verən son hadisələrlə əlaqələndirirlər. Avropa və bir sıra MDB dövlətlərinə enerji daşıyıcılarının nəqlində ilk sıranı əldən verməyən Rusiya indi Azərbaycandan qaz almaq istəyir. Medvedevin Azərbaycan prezidenti ilə keçirəcəyi görüşdə "Qazprom"un Azərbaycandan qaz alqısı ilə bağlı təkliflərini də müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Rusiya və Azərbaycan prezidentlərinin görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyi gözlənilir.
  • Yazılıb
  • da (də) 2008 Jul 03