Tarix : 2018 Aug 23
Kod 56203

İmran Xan gənclərə İmam Xomeyninin (r) sadə yaşayışından örnək götürməyi tövsiyə etdi

Son günlər özünün İranla dost olduğunu qərb dövlətlərinə isbat edən Pakistanın yeni baş naziri xalqın İmam Xomeyniyə sevgisinin səbəblərindən danışıb.

AranNews – Redaksiyamızın “ARY News”-ə istinadən verdiyi xəbərə görə, Ədalət Uğrunda Hərəkat Partiyasının sədri seçkilərin qalibi olaraq Pakistanın baş naziri seçildikdən sonra ölkəsnin gənclərinə İmam Xomeyninin (r) sadə yaşayını örnək kimi tövsiyə edib.Baş nazir vurğulayıb: “Hamı, xüsusilə də cavanlar bilməlidir ki, dünya tarixi insanları sərvətlərinə görə böyük etmir və buna görə onu yadda saxlamır, tarix yalnız öz həyatlarını başqaları üçün sərf etmiş insanları böyük sayır və onları unutmur.Əgər bir kəs özü üçün yaşaysa, nə qədər sərvəti olsa da tarix onu yaddaşında qeyd etməyəcək. İmam Xomeyni (r) İran şahına qarşı ayağa qalxdı. Siz bilirsinizmi, Məhəmməd Rzanın şahlığı nə qədər böyük idi?”Baş nazir zülmkar hökumətlərin zülmündən danışaraq deyib: “Bilirsinizmi, Məhəmməd Rza şah nə qədər insanı qana boyadı, qətlə yetirdi? Hüsnü Mübarək xalqa zülm etdiyi kimi İran şahı da xalqa zülm edirdi. Məhəmməd Rza Pəhləvi Pakistana da səfər etdi. Amma bizim ordu və polis qüvvələri onun istəklərinə tabe olmadı və xalqa qarşı güllə atmaq, silah işlətməkdən imtina etdilər.”

Pakistanın görkəmli siyasətçisi daha sonra deyib: “Şahın İranda qaçdığı gün, özünü böyük, bənzərsiz bilən və məğrur olan bu kəsi heç bir ölkə qəbul etmək, onun cənazəsinə öz ölkəsində yer vermək istəmirdi. Yəni o, ölmüşdü, amma heç bir ölkə onun cənazəsini öz torpağında dəfn etməyə razı deyildi. Budur ibrət götürüləsi həyat.”Pakistanın baş naziri İmam Xomeyninin (r) tarixi dəfn mərasiminə də işarə edərək deyib: “İndi İmam Xomeyninin dəfn mərasiminə diqqət edin. 3 milyondan çox insan onun cənazəsindən yapışmışdı. Sizcə, bunun səbəbi nə idi? Çünki İmam Xomeyni İranın israfçı şahının rəftarının əksinə olaraq onun yaşadığı sarayları muzeyə çevirdi və özü sadə yaşamağa üstünlük verdi. O, bunları xalqın əmlakı hesab edirdi.”İmran Xan daha sonra deyib: “Bu günləri İmamın xatırlanmadığı bir yer yoxdur. Onun sadə yaşayışı İran xalqının onu sevməsinə səbəb oldu.”Qeyd edək ki, İmran Xanın mövqei İran inqilabının təzahürlərinə çox yaxındır. Elə bu səbəbdən də qərb və Ərəbistan ona qarşı qəzəblidir.

İmran Xan seçkilərdən sonrakı çıxışında dedi: “İranla konstruktiv və əsaslı münasibətlər quracağıq.”

  • Yazılıb
  • da (də) 2018 Aug 23
  • Göndərən مدير سايت Aran News