Tarix : 2018 Aug 24
Kod 56219

Livan Prezidenti Bəşər Əsədə zəng etdi

Mişel Aun suriyalı həmkarı Bəşər Əsədə zəng edərək suriyalı qaçqınların məsələsini müzakirə edib.
Arannews-İslamazeri.com xəbər verir ki, Livan Prezidenti Mişel Aun suriyalı həmkarı Bəşər Əsədə zəng edərək suriyalı qaçqınları və ölkələrinə geri dönmələrinin rahatlaşdırılmasının yollarını müzakirə edib.
Livan mediası bundan əvvəl Livan ordusu komandanı Cozef Aunun da bu ayın (avqust - red.) əvvəlində Suriya müdafiə naziri Əli Abdullah Əyyubla müzakirə etdiyini, söhbət zamanı iki ölkə arasında birgə təhlükəsizlik məsələlərini müzakirə etdiyini yazıb.
Qeyd edilir ki, Livanla Suriya arasında münasibətlərin yenidən başladılması Beyrutda müvafiq və müxalifi olan mühüm məsələlərdən biridir.

  • Yazılıb
  • da (də) 2018 Aug 24
  • Göndərən مدير سايت Aran News