Bu gün 3 şəhrivər (25 avqust) 1941-ci ildə keçmiş SSRİ ordusunun İrana hücum etdiyi gündür.
SSRİ ordusu 48 saat 3 nəfərlə döyüşmüşdü...
Şəhid Sərcuxe Musəyyib Məhəmmədi, şəhid Abdullah Şəhriyari və şəhid Seyid Məhəmməd Rasi Haşimi İran Azərbaycanının qəhrəmanlıq yaradan və əbədi olaraq yaddaşlarda qalan üç əsgəri idi.
Bu gün 3 şəhrivər (25 avqust) 1941-ci ildə keçmiş SSRİ ordusunun İrana hücum etdiyi gündür.
77 il öncə belə bir gündə İranın ikinci dünya müharibəsində özünün bitərəf olduğunu elan etməsinə baxmayaraq, İranın SSRİ ilə geniş sərhədləri və onun Almaniya ilə müharibədə olduğundan bu birətəflik davamlı qala bilmədi, müttəfiqlər ordusu faşist Almaniya mütəxəssislərinin iştirakını İrana hücum etmək üçün bəhanə etdi.
1941-ci 25 avqustda Sovetlər Birliyinin –Naxçıvan, Culfa və İran sərhədlərinin o tərəfində yerləşdirilmiş və sərhədin bu tərəfinə hücum etməsi gözlənilməyən –başdan ayağadək silahlanmış ordusu İrana qarşı hücuma keçdi.
25 avqust səhər saatlarında əməliyyata komandanlıq edən qoca, lakin təcrübəli rus generalı Arazın üzərindəki tək möhkəm dəmir körpüdən keçmək istəyərkən, İran əsgərlərinin şiddətli müqaviməti ilə qarşılaşır. Rus general İranın mahir snayper briqadası ilə üzləşdiyini düşünür. Çünki körpünün üzərinə ayaq qoyan hər rus əsgəri alnının ortasından dəyən güllə ilə yerə sərilirdi. Lakin İran cəbhəsində ordu, hətta bir briqada da yox idi. Sərhəddə yalnız 3 İran əsgəri var idi və onlar son damla qanlarına qədər Qırmızı Ordunun qarşısında dayandılar.
Qırmızı Ordu dayandı. Rus qüvvələri 48 saat ərzində bütün gücü ilə və məntəqənin bütün yüksəkliklərindən istifadə edərək dəmir körpünün o tərəfini atəşə tutdular. Postun gözətçisi yaralandı. Yaralı iranlı komandir öz əsgərini çiyninə alıb postun pillələrini aşağı enirdi. Sərhədin o tərəfindən atılan güllə digər bir əsgəri yerə yıxdı. Bir neçə dəqiqədən sonra hər yeri sükut bürümüşdü və rus qüvvələri heyrət içərisində qalmışdı.
Üç nəfər! Təkcə üç nəfər!!!
SSRİ ordusu 48 saat 3 nəfərlə döyüşmüşdü...
Şəhid Sərcuxe Musəyyib Məhəmmədi, şəhid Abdullah Şəhriyari və şəhid Seyid Məhəmməd Rasi Haşimi İran Azərbaycanının qəhrəmanlıq yaradan və əbədi olaraq yaddaşlarda qalan üç əsgəri idi.
Rus generalı çox hörmətlə öz iftixar medal və ulduzunu şəhid Musəyyib Məhəmmədinin sinəsinə qoydu. Qırmızı Ordu sərhədçilərin dəfn mərasimi başa çatmayınca körpünü keçmədi.
İran sərhədçilərinin pak bədənləri müqavimət göstərdikləri yerdə torpağa tapşırıldı və 77 ildir ki, İran torpağının sinəsində Culfa-Siəhrud yolunun girişində, İran və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə dəmir körpünün yanında üzük qaşı kimi parlayırlar.
Şəhadətlərinin ildönümü günündə bu üç böyük şəhidin pak türbətinə ədəb və ehtiram göstərir, Allahdan onların ruhunun şad olmasını istəyirik.
AranNews Xəbər Agentliyi – 3 şəhrivər 1397