işğal edilmiş Qarabağ ərazilərinin Azərbaycan Respublikasına qaytarılması ilə bağlı təkidinin bütün dünya ölkələri tərəfindən icra edilməsinin lazım olduğunu bildirib.
V Beynəlxalq Qarabağ Forumunda çıxış edən doktor Ruhullah Mütəfəkkirazad əlavə edib: “Bizim üçün işğal edilmiş Şuşa, Xankəndi və Zəngilan şəhərlərinin Təbriz, Ərdəbil və Zəncanla bir fərqi yoxdur. Sanki, İran torpağının bir hissəsi işğal edilib.”
Doktor Mütəfəkkirazad daha sonra deyib: “Qarabağ müharibəsi zamanı İran İslam Respublikası Azərbaycan ordusundakı müsəlman qardaşlarına logistik və silah yardımları etmişdir, sonra da bu yardımları müxtəlif yollarla davam etdirmişdir. Diplomatik sahədə də daim Azərbaycanın bu ərazilərə sahiblik haqqını dəstəkləmişdir.”
Xatırladaq ki, V Beynəlxalq Qarabağ Forumu 29-30 avqustda Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi.