Tarix : 2018 Sep 03
Kod 56302

Ərdoğan dolların hakimiyyətinə son qoymağa çağırıb

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda biznes forumda çıxış edərək, Amerika dollarının dünya iqtisadiyyatındakı hakimiyyətinə son qoymağa çağırıb.
Arannews-Bu barədə Türkiyə mətbuatı xəbər verir.
 Məlumata görə, Ərdoğan vurğulayıb ki, dolların təsirinin həddən artıq olması beynəlxalq aləmdə ciddi problemə çevrilir.
 Onun fikrincə, yerli və milli valyutanı hesablamalar zamanı istifadə etməklə gücləndirmək lazımdır.
 Avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən alüminium və poladın idxalına görə rüsumün iki dəfə artırıldığını elan edib. Ticarət məhdudiyyətləri barədə xəbərlər fonunda türk lirəsi hərracların gedişində öz dəyərinin 20 faizini itirib.
  • Yazılıb
  • da (də) 2018 Sep 03
  • Göndərən مدير سايت Aran News