Tarix : 2018 Sep 03
Kod 56305

İraq parlamenti hökuməti quracaq şəxsləri müəyyənləşdirəcək

İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra məclisin ilk sessiyası üçün 16 partiyadan olan 177 millət vəkilinin iştirak edəcəyi böyük koalisiya yaradılıb.

Arannews-FaktXəbər-in məlumatına görə, sözügedən koalisiya hökuməti yarada əksəriyyəti təmin edir. Bəzi partiyaların daha sonra koalisiyaya qatılacağı bildirilir.Koalisiyada şiə və sünni ərəblərlə yanaşı, türkmənlər, yezidi və xristian azlıqlar kimi dini və etnik qruplar yer alır.Seçkilərin qalibi Muqtəda Sədr, baş nazir Heydər İbadi, şiə liderlərdən İshaq İbn Həkim, keçmiş baş nazir İyad Allavi və prezident köməkçisi Usamə Nuceyfi hökuməti qurma işləri çərçivəsində ən böyük məclis koalisiyanı yaradıblar. Keçmiş baş nazir Nuri Maliki keçirdiyi mətbuat konfransında, "uzun müzakirələr nəticəsində "Bina Koalisiyası" adlı böyük koalisiya yaratmışıq. Bu koalisiya hökuməti quracaq", - deyə bildirmişdi.Sözügedən koalisiyada yer alan "Haşdi Şabi" komandirlərindən və "Bədr" Təşkilatının lideri Hadi Amiri də həmin mətbuat konfransında sözügedən koalisiyanın 149 nəfərdən ibarət olduğunu söyləyərək, "ilk gündən bəri şiə, sünni və kürdlərin yer alacağı böyük koalisiya yaratmaq istəyirdik", - deyə qeyd etmişdi.Baş nazir Heydər İbadi tərəfindən Milli Təhlükəsizlik müşavirliyi və "Haşdi Şabi" sədrliyi vəzifəsindən çıxarılan Falih Fəyyad isə, "kürdlərin də koalisiyaya qoşulmağını gözləyirik", - söyləyib.329 yerlik İraq Məclisində bu gün ilk iclasın keçirilməsi, Məclis sədri və müavinlərinin seçilməsi gözlənilir.

  • Yazılıb
  • da (də) 2018 Sep 03
  • Göndərən مدير سايت Aran News