Tarix : 2018 Sep 03
Kod 56306

Fransa xarici işlər nazirindən etiraf: "Bəşər Əsəd müharibəni qazandı"

Fransa xarici işlər nazirindən etiraf: "Bəşər Əsəd müharibəni qazandı"

Arannews-Hədəf14.az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Fransanın xarici işlər naziri Jean Yves Le Drian sentyabrın 2-də Fransanın "İnter" radiosuna verdiyi açıqlamasında, Suriya Prezidenti Bəşər Əsədin ölkədəki daxili müharibəni qazandığını, lakin beynəlxalq vasitəçilər tərəfindən dəstəklənməmiş bir siyasi həll olmadan sülh əldə etməyəcəyini deyib."Bəşər Əsəd müharibəni qazandı, bunu söyləmək məcburiyyətindəyik. Lakin sülh əldı etməyib", - deyə Le Drian bildirib.

Nazir qeyd edib ki, Qərb İdlib əyalətində baş verən döyüşdə mülki şəxslərə qarşı kimyəvi silah istifadə edilərsə, buna qətiliklə cavab verəcək. "Hökumət qüvvələri İdlibi sonuncu terrorçu qalasını geri ala bilsə belə, bu, yeddi il əvvəl müharibəyə səbəb olan problemləri həll edə bilməz", - deyə fransalı nazir söyləyib.  

Le Drian, həmçinin bildirib ki, Fransa bu ay BMT Baş Assambleyası iclasını Suriyadakı problemin həlli üçün istifadə edəcək. "Bölgədə sülhün təminatçıları olan Rusiyanın, Türkiyənin və İranın da müzakirələrdə iştirak etməsini istəyirik. Bəşər Əsəd ilə müharibə başa çatdıqdan sonra siyasi danışıqlar aparmaq lazımdır", - deyə Fransa XİN başçısı əlavə edib.Qeyd edək ki, avqust ayının sonlarında Fransa Prezidenti Emmanuel Makron rəsmi Parisin Dəməşqin kimyəvi silah istifadə edəcəyi təqdirdə Suriyaya qarşı hava hücumuna hazır olduğunu söyləyib. 

  • Yazılıb
  • da (də) 2018 Sep 03
  • Göndərən مدير سايت Aran News