Tarix : 2018 Sep 04
Kod 56309

İŞİD üzvü olan azərbaycanlı qadın Bağdadda hakim qarşısına çıxarılıb

İŞİD terrorçularının arvadları Bağdadda məhkəməyə çıxarılaraq ittiham olunublar.

Arannews-FaktXeber.com-un məlumatına görə, bu barədə Əl Monitor xəbər verib.Bildirilir ki, müttəhimlər kürsüsündə Samirı adlı Azərbaycan vətəndaşı da var. O, terrorçu ərindən olan 2 yaşlı qızı ilə hakim qarşısına çıxarılıb.Müttəhimin sözlərinəı görə, Türkiyə vətəndaşı olan əri ilə sosial şəbəkələr vasitəsilə tanış olub. Onların ilk görüşləri isə Türkiyədə baş tutub: “Biz evləndik və Suriyaya getməyə qərar verdik. Bir il orda yaşadıq, daha bir il isə İraqda. Orda isə ayrıldıq”Gənc qadın ərinin cinayətlərindən xəbəri olmadığınıl iddia edir.“Ərimin harda olduğunu bilmirəm. 2017-ci ildə Mosuılda döyüşlər başlayandan sonra onunla rabitəm qırıldı”, - deyə Samirə əlavə edib.İraq qanunvericiliyinə görə, terrorda təqsirli bilinənləri 15 il müddətinə azadlıqdan məhrum etmə, ya da edam gözləyir. Qadınlar üçün isə maksimum cəza ömürlük həbsdir.

  • Yazılıb
  • da (də) 2018 Sep 04
  • Göndərən مدير سايت Aran News