Tarix : 2018 Sep 04
Kod 56310

Qarabağ didərginlərinin doğma torpaqlara doğru yürüşü alınmayıb

Azərbaycan polisi Qarabağ didərginlərinin erməni işğalçılığının 27-ci ildönümündə doğma torpaqlara doğru yürüşünə mane olub.

Arannews-Rakurs.TV internet saytının məlumatına görə, bir qrup Qarabağ didərgini Bərdə-Ağdam şose yolu ilə işğal edilmiş ərazilərə doğru yürüş etmək istəyib. "Vətənə qayıdış" şüarı altında keçirilən bu yürüş erməni işğalçılığına etiraz məqsədi daşıyıb.Polisin müdaxilə etməsi ilə yürüş baş tutmayıb. Polis tərəfindən saxlanılanlar var.

  • Yazılıb
  • da (də) 2018 Sep 04
  • Göndərən مدير سايت Aran News