Tarix : 2018 Sep 04
Kod 56311

İsrail İraqı hər an vura biləcəyini açıqladı

İranın İraqdakı şiə müttəfiqlərinə onlarla raket göndərməsi barədə iddianın ortaya atılmasından sonra İsrail bölgəni vurmaqla bağlı təhdid edib.

Arannews-İsrail Müdafiə Nazirliyinin bugünkü bəyanatında İraqdakı İran hədəflərinin vurulacağı öz əksini tapıb.

Buna qədər Suriyadakı İran hədəflərini vuran İsrailin müdafiə naziri Aviqdor Liberman bölgədə baş verənlərin diqqətlə izləndiyini vurğulayıb: “Suriyada baş verənləri diqqətlə müşahidə edirik. İran hədəfləri mövzusunda özümüzü yalnız Suriya ərazisiylə məhdudlaşdırmırıq. Bu çox aydındır. Haradan gəlirsə gəlsin, hər hansı bir İran təhdidinə cavab verəcəyik”.“Reuters” agentliyi cümə günü iddia edib ki, Tehran rəhbərliyi İraqdakı şiə müttəfiqlərinə 700 kilometr mənzilli onlarla raket göndərib. Bu raketlər isə İraq ərazisindən Səudiyyə Ərəbistanı və İsraili rahat vurmağa imkan verir.

 

  • Yazılıb
  • da (də) 2018 Sep 04
  • Göndərən مدير سايت Aran News