Tarix : 2018 Sep 05
Kod 56320

Qədim Talış tarixi abidələrinin planlı şəkildə məhv edilməsi prosesi davam edir

Məlumdur ki, Azərbaycan Respublikasında bu torpağın aborigen xalqlarından biri olan talışlara münasibət bir mənalı deyil. SSRİ dağıldıqdan və Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyi elan etdikdən sonra talış xalqı taleyin hökmü ilə Azərbaycan dövlətin yurisdiksiyası altında qaldı. Bu zaman talış xalqından hər hansı formada heç bir münasibət soruşulmamışdır.

Arannews-Rəsmi Bakı keçən 27 il ərzində öz xalqını tanımamaq xətti götürüb və özünün bütün siyasətini bu istiqamətdə qurub. Ölkədə rəsmən “talış” adına qadağa qoyulub, tarixən “Talış” adıyla adlandırılan region Azərbaycanın cənub-şərqində yerləşməsindən asılı olmayaraq qondarma “cənub” adııla adlandırılır, tarixi sənədlərdə talış xalqı ilə bağlı olan bütün mənbələr məhv edilir, ölkədə talış tarixinin və mədəniyyətinin öyrənilməsinə faktiki qadağa hökm sürür, talış xalqının mədəniyyətinin inkişaf etdirilməsində maraqlı olan talış ziyalıları təqib edilir, onların ölkədən qovulması siyasəti aparılır, ən əsası isə talış xalqının bütün növ maddi-mədəniyyət nümunələri ya məhv edilir, ya da başqa regionlara daşınaraq özgələşdirilir.Qeyd edilənlər talış xalqının tarixdən silinməsilə bağlı Azərbaycan dövləti tərəfindən məqsədyönlü şəkildə aparılan bir siyasi prosesdir. Bu proses dayanmadan hər gün, hər saat, hər dəqiqə davam edir.Adı çəkilən prosesin tərkib hissəsi olaraq bu ilin avqust ayının sonlarında Talış regionun Lerik rayonunda bizdə olan məlumata görə ən azı 6 qoç heykəli oğurlanaraq çıxarılıb. Bu daş heykəllər regionun tarixinin öyrənilməsilə bağlı çox ciddi tarixi mədəniyyət nümunələri hesab edilir. Şübhə yoxdur ki, Talışdan qoç heykəlləri və bu sayaq mədəniyyət nümunələrin daşınması, onların bir mənbə olaraq Talışın tarixindən silinməsi məqsədi güdür.Keçən müddət ərzində sosial şəbəkədə gedən müzakirələrin nəticəsi olaraq bu tarixi abidələrin geri qaytarılmasına ümidli idik. Bu istiqamətdə verilən vədlər isə özünü doğrultmur. Rəsmi orqanlar günü-günə satmaqla, bir növ yerli sakinlərin başının altına yastıq qoymaqla məşğuldur.

Biz hesab edirik ki, rəsmi dövlət orqanları tərəfindən Talış tarixinə və mədəniyyətinə qarşı aparılan bu sayaq hərəkətlər vandalizm aktıdır, bütövlükdə Talış regionuna və talış xalqına qarşı törədilmiş ağır cinayət hadisəsidir.Rusiya Talış Diasporu olaraq bizim bu məsələ ilə bağlı susmaq fikrimiz yoxdur. Əgər qısa müddət ərzində oğurlanmış qoç heykəllər tarixi yerlərinə qaytarılmasa, bu işdə kimliyindən asılı olmayaraq əli olan bütün şəxslər cəzalandırılmasa, biz məsələnin YUNESKO səviyyəsində müzakirəsi də daxil olmaqla bütün beynəlxlaq istansiyalara çıxarılmasında israrlıyıq və bunun üçün hər şey edəcəyik. Eyni zamanda xatırlayırıq ki, Azərbaycanın onsuzda beynəlxlaq miqyasda formalaşmış arzuolunmaz imicinin daha da möhkəmləndirilməsində maraqlı deyilik və ilk növbədə Azərbaycan səlahiyyətlilərini tarixi vandalizmə son qoymasına çağırırıq.



  • Yazılıb
  • da (də) 2018 Sep 05
  • Göndərən مدير سايت Aran News