Tarix : 2018 Sep 05
Kod 56321

İdlib İcra Hakimiyyəti: Terrorçularla Türkiyənin İdlibdə əhali dəstəyi yoxdur

İdlib əyaləti İcra Hakimiyyəti icra bürosu sədri Əli Casım Türkiyə və terrorçuların İdlib əhalisi arasında heç bir bazası olmadığını vurğulayıb.

Arannews-İslamazeri.com "Farsnews"-a istinadən xəbər verir ki, Casım İdlib əyalətinin qəti olaraq nə qədər əhalisinin olduğu ilə bağlı olaraq əllərində dəqiq məlumat olmadığını, ancaq təxminən bu əyalətdə 2,3 milyon əhalinin məskunlaşdığının təxmin edildiyini, bu sayın terrorçuları və Dəməşq rəhbərliyi ilə razılaşdıqdan sonra İdlibin yolunu tutan silahlı müxalifləri əhatə etmədiyini bildirib.
Silahlı müxaliflər və türk əsgərlər İdlibdə heç bir əhali dəstəkləri olmadığını bildirən Casım, İdlib əhalisinin böyük əksəriyyətinin mövcud vəziyyəti qəbul etmədiklərini və Dəməşq rəhbərliyinin yenidən bu bölgəyə hakim olmasını istədiklərini, belə ki, Suriya ordusu hərəkətə keçən kimi terrorçulara qarşı ayağa qalxmalarını gözlədiklərini qeyd edib


  • Yazılıb
  • da (də) 2018 Sep 05
  • Göndərən مدير سايت Aran News