Tarix : 2018 Sep 05
Kod 56322

Yəmənin qərb sahilində Səudiyyə muzdluları məhv edilib

Yəmən ordusu və xalq komitərləri qərb sahilində Əl-Cah bölgəsində Səudiyyə təcavüzkarlarının mövqelərini hədəfə alaraq bir neçə Səudiyyə muzdlularını məhv ediblər.

Arannews-İRİB-in verdiyi məlumata görə, yəmənli qüvvələr həmçinin həmin ərazilərdə Əccəbəliyyə bölgəsində Səudiyyə muzdlularının mövqelərinə hücum edərək onlardan bir neçəsini öldürüblər və yaralayıblar. 

4 Səudiyyə hərbçisi də cənub cəhbəsində baş verən toqquşmalarda öldürülüb. 

Yəmən ordusunun snayperlər bölməsi də bildirib ki, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin adamlarından 95 nəfəri öldürülüb. 

Snayperlər bölməsi həmçinin bildirib ki, avqust ayında Yəmənin müxtəlif bölgələrində 752 əməliyyat həyata keçib. 

Ərəbistan əmirliklər, ABŞ və sionist rejimin, eləcə də bəzi digər müttəfiqlərinin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

Bu təcavüzlər nəticəsində Yəmən ərzaq malları və dərman çatışmazlığı ilə üz-üzədir və bu ölkədə müxtəlif xəstəliklər yayılıb.  

Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər.


  • Yazılıb
  • da (də) 2018 Sep 05
  • Göndərən مدير سايت Aran News