Tarix : 2018 Sep 07
Kod 56323

Qarabağ Forumunda İranı təmsil edən heyətin iştirakı Azərbaycan KİV-i tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Respublikasının televiziya, mətbuat və sosial şəbəkələri İranı təmsil edən heyətin Beynəlxalq Qarabağ Forumunda iştirakını diqqəti çəkən həddə işıqlandırıb.

Arannews-ATV televiziya kanalı İran İslam Respublikasının elm adamlarının və jurnalistlərinin Forumda iştirakından görüntülər yaymaqla yanaşı Xəzər dənizinin hüquqi statusunun məsələsində İran, Azərbaycan və Rusiya razılaşmasının əhəmiyyətini vurğulayıb, regionun digər ölkələrini də Qarabağ münaqişəsinin həllində əməkdaşlıq etməyə səsləyib.Qarabağ Azadlıq Təşkilatının internet saytı da Təbriz Universitetinin professoru və Forumda iştirak edən iranlı heyətin başçısı doktor Ruhullah Mütəfəkkirazadın çıxışından bəzi məqamları xatırladıb. QAT saytı doktor Mütəfəkkirin çıxışının bu hissəsini də qeyd edib: “Bizim üçün işğal edilmiş Şuşa, Xankəndi və Zəngilan şəhərlərinin Təbriz, Ərdəbil və Zəncanla bir fərqi yoxdur. Sanki, İran torpağının bir hissəsi işğal edilib.”Bakıda çapdan çıxan çox tirajlı Musavat qəzeti də Forumda İranı təmsil edən heyətin çıxışına yer verib. Qəzetdə Mühəqqiq Ərdəbili Universitetinin Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Həsən Əsədinin çıxışından verilən bir hissədə deyilir: “Erməni lobbilərinin Qarabağla bağlı dünyada apardığı təbliğatı Azərbaycanın bu ərazilərə malik olması və (ermənilər tərəfindən) Qarabağda törədilən cinayətlərin işıqlandırılması istiqamətində aparılan işlərlə müqayisədə çox-çox üstündür. Bu nöqsanı aradan qaldırmaq üçün ciddi iş görmək lazımdır.”Musavat qəzeti Subhi-Təbriz qəzetinin redaktorunun dilindən İranda Qarabağ məsələsi barədə görülən işlərə işarə edib, Təbriz, Urmiya və Ərdəbildə keçirilən konfransları xatırladıb.Azərbaycanın Sia, Maidə, Moderator, Sia və digər internet saytları da İran təmsilçilərinin Qarabağ Forumunda iştirakını işıqlandırıblar.

  • Yazılıb
  • da (də) 2018 Sep 07
  • Göndərən مدير سايت Aran News