Tarix : 2018 Sep 06
Kod 56326

Ərdoğan: FETÖ bu türk dövlətində çox məşhurdur

"Bu qruplaşmanın təhsil fəaliyyəti dərhal dayandırılmalıdır.”

Arannews-İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, FETÖ terror təşkilatının Qırğızıstanda güclü mövqeləri var. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.Onun sözlərinə görə,  FETÖ “hərbi strukturlardan tutmuş, məhkəməyədək - dövlət institutlarına soxulub”.“Biz Qırğızıstan hökumətinə başa saldıq ki, FETÖ təkcə Türkiyə üçün yox, həm də fəaliyyət göstərdiyi istənilən ölkə üçün təhlükəlidir. Bu qruplaşmanın təhsil fəaliyyəti dərhal dayandırılmalıdır.”, - deyə Bişkekdən Ankaraya qayında Ərdoğan qeyd edib.Onun sözlərinə görə, hazırda Fətullah Gülənin başçılıq etdiyi FETÖ “filialları” dünyanın 160 ölkəsində fəaliyyət göstərir.

Xatırladaq ki, türkiyəli lider Qırğızıstanda 3 günlük rəsmi səfərdə idi. O, burada Qırğızıstan prezidenti və digər hökumət nümayəndələri ilə görüşlər keçirib.

  • Yazılıb
  • da (də) 2018 Sep 06
  • Göndərən مدير سايت Aran News