Tarix : 2018 Sep 06
Kod 56329

Əl-Həşdüşşəbi ABŞ və Türkiyəyə xəbərdarlıq etdi

İraqda xalq səfərbər qüvvələri (Əl-Həşdüşşəbi) dünən gecə bir bəyanatda bildirib ki, əcnəbi qüvvələrin İraqdan çıxarılması üçün özünün qanuni haqqından istifadə edəcək.

Arannews-İRNA-nın verdiyi məlumata görə, bəyanatda deyilir: Əl-Həşdüşşəbi xarici hərbi qüvvələrin İraqda hərhansı qeyri-qanuni fəaliyyətinə qəzəblə yanaşır və onlarla işğalçı kimi rəftar ediləcək.

Bəyanatda İraq xalqının 2003-cü ildən indiyədək dini təqdil mərcələrinin rəhbərliyi ilə İraqa qarşı 3 məkirli plan yəni bu ölkənin işğalı, firqəçi müharibə və İŞİD məsələsinə qalib gəlməsi diqqətə çatdırılır və bildirilir ki, bu gün növbəti məkirli planın əlamətləri müşahidə olunur və bəzi iraqlı siyasətçilər də bu planda paya malikdirlər.Əl-Həşdüşşəbi İraq xalqının bu barədəki ayıqlığına təkid edərək bildirib: Bəzi iraqlı siyasətçilər amerikanların istəyini İraq xalqının iradəsinə qəbul etdirmək niyyətindədirlər.2011-ci ildə təkrar məğlubiyyətlərə görə İraq ərazisini tərk etməli olan Amerika hərbçiləri 2014-də İŞİD ilə mübarizə bəhanəsi ilə bir koalissiyaya başçılıq edərək bir daha bu ölkəyə daxil oldular. Həmçinin də Türkiyə dövləti kürdləri bəhanə edərək dəfələrə İraqın ərazi bütövlüyünü pozub və pozmaqda davam edir.İraqda İŞİD-in fəaliyyətinə son qoyulması ilə iraqlı partiya, tanınmış simalar və mediyalar bu ölkədə əcnəbilərin hərbi fəalyyətinə bəhanə qalmadığını bildirərək Amerika hərbçilərinin İraqı tərk etmələrini istədilər.İraqlı qüvvələr İran İslam Respublikasının hərbi məsləhət yardımları ilə 2017-ci il 17 noyabrda İŞİD terrorçularının bu ölkədəki son qərargahı olan  Əl-Ənbar vilayətinin Ravə şəhərini də azad etməklə bu terror qrupunun İraqdakı fəaliyyətinə son qoydular.

  • Yazılıb
  • da (də) 2018 Sep 06
  • Göndərən مدير سايت Aran News