Baş prokurorun hazırladığı ittihamnamədə dəlil kimi qəzetlər, televiziya xəbərləri göstərilir, əsaslı sübut isə yoxdur
Turkyə Servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin hakim partiyasının üzvləri məhkəmədə müdafiə nitqi söyləyib. Baş nazir köməkçisi Cəmil Çiçək məhkəmədə çıxışa saat 10.00-da başlayıb. Bütün Türkiyə və bu dövlətdə diqqəti olanların hamısı bu çıxışı izləyir.
Qeyd edək ki, Türkiyənin baş prokuroru Abdurrahman Yalçınqaya hakim partiyaya qarşı iddia qaldırıb. O, partiyanın bağlanmasını və siyasi nümayəndələri, hazırda iqtidarda olan Rəcəb Tayyib Ərdoğan, Bülənt Arınç da daxil olmaqla, AKP-nin 37 millət vəkilinin siyasi fəaliyyətinin 5 il müddətinə yasaqlanmasını tələb edir. Baş prokurorun iddiasına əsasən, hakim partiya Türkiyədə çevriliş edib İslam dövləti qurmaq istəyir. Proses Türkiyənin ali məhkəməsi olan Anayasa Məhkəməsində keçirilir.
Müdafiə çıxışı zamanı Cəmil Çiçək ittihamnamənin doğru tərtib olunmadığını bildirdi. Vəkilin bildirdiyinə əsasən, ittihamnamədə sonradan təkzib edilən xəbərlər, yanlış məlumatlar, əsassız iddialar yer alıb. O, eyni zamanda bildirib ki, Baş prokurorun hazırladığı ittihamnamədə dəlil kimi qəzetlər, televiziya xəbərləri göstərilir, əsaslı sübut isə yoxdur.
Cəmil Çiçək iddia edir ki, AKP hökuməti dövründə Türkiyənin dünyadakı etibarı daha da yüksəlib.