Tarix : 2018 Sep 08
Kod 56339

Tehran görüşündə Ərdoğanla Putin arasında gərginlik yaşandı

Türkiyə prezidenti yekun bəyannamədə İdliblə bağlı “atəşkəs” sözünün açıq yazılmasını istədi, Rusiya prezidenti isə bununla razılaşmadı; Elxan Şahinoğlu: “Bu görüşdə aparılan müzakirələr göstərdi ki, Türkiyə-Rusiya-İran birliyi çox kövrəkdir”

Arannews-Sentyabrın 7-də Tehranda Türkiyə, Rusiya və İran prezidentləri arasında zirvə görüşü baş tutub. Sammitdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı Həsən Ruhani və ardınca Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilib.

Strateq.az xəbər verir ki, zirvə görüşündə ilk geniş çıxışı Putin edib. O, İdlibdə müxtəlif terror qruplarının olduğunu və onların zərərsizləşdirilməsinin vacibliyini deyib. Putin bildirib ki, böhranın ağrısız həll edilməsi vacibdir: “Davamlı sülhün bərqərar olması üçün çox işlər görülməlidir, insanlar yavaş-yavaş barışa doğru addım atır. Beynəlxalq birlik də buna dəstək olmalıdır. Bizim əsas məqsədimiz terrorçuları təmizləməkdir. Onların mülki şəxslərin arxasına sığınaraq, Suriyanın qanuni hakimiyyətinə qarşı fəaliyyətinə yol vermək olmaz”.

Картинки по запросу İranda Erdoğan

Putin çıxışında bir çox məsələlərə də toxunub. O, əmin olduğunu bildirib ki, bu görüşdən müsbət sonluqlar alınacaq.

Putindən sonra isə Ruhani sözü türk həmkarı Ərdoğana verib.

Türkiyə lideri Ərdoğan vurğulayıb ki, Astana razılaşmasına sadiq qalınmalıdır. O, ümid etdiyini bildirib ki, bu görüşdə arzulanan nəticələr əldə ediləcək: “Biz Afrin və digər bölgələri terrorçulardan təmizlədik. Məqsədimiz qaçqınların evlərinə təhlükəsiz qayıtmasını təmin etmək idi, bunu da etdik.  Ancaq zamanla gərginliyi məqsədli artıranlar var. Türkiyə olaraq biz Astana razılaşmasının riskli hala gəldiyini görürük. İdlib bizim üçün həm də bir milli təhlükəsizlik məsələsidir”.

Картинки по запросу İranda Erdoğan

Ərdoğan qeyd edib ki, İdlibə hər hansı bir hücum böyük fəlakətə yol açacaq, böyük köç olacaq: “Oradan milyonlarla insan bizim sərhədimizə sığınacaq. Biz əsla İdlibin qan gölünə dönməsini istəmirik. Bunun üçün də İran və rusiyalı dostlarımızdan dəstək gözləyirik. Burada baş verəcək toqquşma böyük qətliama, qana, köçə səbəb olacaq. Biz bunu istəmirik. Biz Suriyada vəziyyət normallaşana qədər varlığımızı davam etdirəcəyik”. 

Ərdoğan İran və Rusiya liderlərinə İdlibdəki vəziyyətlə bağlı təklif verib.  O deyib ki, İdlibdəki müşahidə məntəqələrini genişləndirmək, liberal müxaliflərə həmin məntəqələrdə yer vermək olar: “Sizlərdən bizim də həssaslığımız anlayacağınızı gözləyirik”.

Ərdoğan PKK/YPG-nin fəaliyyətinə də toxunub və ABŞ-ın bu qrupa dəstəyini pisləyib. Eyni zamanda Suriyada kimyəvi silah tətbiqinə də toxunub.

Türkiyə lideri bundan sonrakı zirvənin Rusiyada baş tutacağını vurğulayaraq, deyib ki, həmin zirvəyə böyük ümidlərlə gedəcəklərinə inanır.


  • Yazılıb
  • da (də) 2018 Sep 08
  • Göndərən مدير سايت Aran News