Tarix : 2008 Jul 04
Kod 5634

ŞƏKİDƏ SEL NƏTİCƏSİNDƏ BİR ÇOX EVİ SU BASIB

Şəki rayon icra hakimiyyətindən bildirilib ki, təbii fəlakət nəticəsində əhaliyə dəymiş ziyanla bağlı rayonun ayrı-ayrı yerlərindən müraciətlər daxil olmaqda davam edir
Azerbaijan Servisi/Aran Agentliyi
Bu gecə Azərbaycanın şimal-qərb bölgəsinə yağan leysan Şəkidə təbii fəlakətə səbəb olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qasırğa və dolu ilə müşayiət olunan leysan nəticəsində yollar pis vəziyyətə düşüb. Ağaçlar qırılıb. Bəzi kəndlərdə sel suları bəzi evlərin zirzəmisinə dolub.
Təbii fəlakət rayonunun enerji təchizatına da ziyan vurub. Elektrik dirəklərinin qırılması nəticəsində şəhər və kəndlərə elektrik enerjisinin verilməsi dayanıb.
Hazırda rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir çox kəndlər hələ də işıqsızdır. Şəki rayon icra hakimiyyətindən bildirilib ki, təbii fəlakət nəticəsində əhaliyə dəymiş ziyanla bağlı rayonun ayrı-ayrı yerlərindən müraciətlər daxil olmaqda davam edir. Hazırda dəyən ziyanını miqdarı araşdırılır.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 04