Tarix : 2018 Sep 08
Kod 56340

Azərbaycan Respublikasında Türkiyəni himayə etmək olar, İmam Hüseyn (ə.s) qiyamını isə yox!

Azərbaycan Respublikasının Qafqaz Ruhaniyyət İdarəsi məhərrəm ayında İmam Hüseynin (ə.s) əzadar dəsətlərinin yürüşünə qadağa qoyulduğunu bildirib.

Arannews-“Truth NGO” xəbər verir ki, Azərbaycan Respubliaksında Məhərrəmdə əza dəstələrinin yürüşü qadağan edilibAzərbaycan Respublikasının Qafqaz Ruhaniyyət İdarəsi məhərrəm ayında İmam Hüseynin (ə.s) əzadar dəsətlərinin yürüşünə qadağa qoyulduğunu bildirib.Bakının Təzəpir məscidinin imam cüməsi Mir Cəfər Əyyubovun xüsusi iclasda səsləndirdiyi Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı mərasimləri barədəki təlimatında bildirilir ki, kollektiv əza mərasimi üçün ibadət mərkəzlərindən çıxmaq və digər ölkələrin simvolları və bayraqlarını gəzdirmək qadağandır. 

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının təhlükəsizlik xidməti orqanları və dövlət məmurları üzərində ərəbcə yazı olan hər bir bayrağı İran İR-na aid edərək xoflanırlar. O halda etimal etmək olar ki, üzərində ərəbcə “Ya Hüseyn”, “Ya Əbəlfəzl”, “Hüseyn Şəhid” və s. kimi yazılar yazılmış “İran bayraqları” da ölkə ərazisində qadağan ediləcək.  Çünki qərarda “digər ölkələrin simvolları və bayraqlarını gəzdirməkqadağandır!” ifadəsi xüsusi olaraq qeyd edilir.Amma digər ölkələrdən olan Türkiyə Cumhuriyyətinin simvolları və bayraqlarını isə Azərbaycan Respublikası ərazisində qaldırmağa nəinki heç bir qadağa yoxdur, əksinə dövlət təşkilatları gəncləri buna təşviq də edir.Həmçinin də il ərzində dəfələrlə açıq-saçıq geyinən oğlan və qızlar müxtəlif bəhanələrlə Bakı küçələrində Türkiyəni himayə yürüşləri keçirilir. Ölkə rəsmiləri də bunu cani-dildən himayə edir, KİV-lər isə bəh-bəhlə paylaşır. Amma il ərzində bircə gün – Aşura günü dindar təbəqənin kücələrə çılxıb İmam Hüseyn (ə.s) qoyamını  yad etməsi isə qadağandır…Bu isə növbəti dəfə sübut edir ki, Azərbaycan Respublikası hakimiyyətinə öz haqqını tələb edən İmam Hüseyn (ə.s) deyil, xalqa  göbək rəqsi, çalıb-oynamaq, gözəllik müsabiqələri təşkil etmək və s. kimi əhəmiyyətsiz və iyrənc əməlləri öyrədən Türkiyə Cumhudiyyətinə qarşı məhəbbət lazımdır. Çünki xalq haqqını tələb etməyi öyrənsə, o halda xalqı istismar edən zalım zümrənin işi çətin olacaq. Hələlik qoy çalıb-oynasınlar…

 


  • Yazılıb
  • da (də) 2018 Sep 08
  • Göndərən مدير سايت Aran News