Tarix : 2018 Sep 08
Kod 56346

Muhəmməd - İsraildə illərdir uşaqlara verilən ən populyar ad

İsraildə uşaqlara verilən ən məşhur adlar açıqlanıb.

Arannews-İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən,  İsraildəki ən məşhur ad açıqlandı. Həmin ad isə müsəlmanlar arasında yayılmış "Muhəmməd" adıdır.Bildirilir ki, son 12 ayda ölkədə bu adla 168,500 uşaq anadan olub.Ən məşhur kişi adlarının arasında 1-ci yeri “Muhəmməd” adı tutub. Daha sonra isə Yosef, Ariel, Omer, Adam, David, Daniel, Lavi, Eytan və Uri gəlir.

Ən məşhur qadın adları isə Tamar, Aviqeyl, Miriam, Sara, Adel, Yael, Noa, Şira, Noya və Liyadır.

Maraqlıdır ki, Muhəmməd adı artıq ard-arda 5 ildir ki, İsraildəki ən populyar addır.Bəzi məlumatlara görə, bu ad həm də dünyada ən məşhur addır, çünki bir çox müsəlman ölkələrində uşaqların iki adı olur və demək olar ki, bütün uşaqların iki adından biri Muhəmməd olur.

  • Yazılıb
  • da (də) 2018 Sep 08
  • Göndərən مدير سايت Aran News