Livan Hizbullahının baş katibi oğurlanmış 4 iranlı diplomatın taleyi və müqəddəratına münasibət bildirərək deyib: Bizcə Livanın muzdlu ünsürləri bu diplomatları işğalçı Sionist Rejimə təhvil veriblər.
Iran Servisi/Aran Agentliyi
"Sionist Rejim İrana hücum etmək gücünə malik deyil" Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah belə deyib.
Seyyid Həsən Nəsrullah keçirdiyi mətbuat konfransında, Sionist Rejim Livan Hizbullahı və Həmas Təşkilatı ilə müzakirəyə başladığı bir şəraitdə xalqların bir çoxu bu məsələdən nigarançılıq hissi keçirir, çünki Sionist İsrail Rejiminin bu məsələdən İrana hücum etməkdə sui-istifadəsi mümkündür? sualını cavablandıraraq deyib: Sionist Rejim İrana hücum etmək iqtidarında deyil. Livan Hizbullahının baş katibi habelə livanlı əsirlərin yaxın bir vaxtda azad edilməsinə münasibət bildirərək, Sionist Rejimlə əsirləri mübadilə etməyi Hizbullah Təşkilatı, Livan xalqı, xüsusi ilə də İslam ölkələri və ərəblər üçün böyük nailiyyət adlandırıb. Onun sözlərinə görə, Sionist Rejimlə Hizbullah arasında əsirlərin mübadiləsi, fələstinli və ərəb əsirlərin azadlığı, oğurlanmış 4 iranlı diplomatın haqqında məlumatın təqdimi, habelə 99 livanlı ərəb və fələstinli şəhidin cəsədinin mübadiləsinə şamil olacaq.
Livan Hizbullahının baş katibi oğurlanmış 4 iranlı diplomatın taleyi və müqəddəratına münasibət bildirərək deyib: Bizcə Livanın muzdlu ünsürləri bu diplomatları işğalçı Sionist Rejimə təhvil veriblər.