Tarix : 2008 Jul 04
Kod 5636

Ərdoğan: “Məni hədələyirlər”

O, xalqa mafiyanın çökdürüləcəyi barədə söz verdiklərini və buna böyük ölçüdə nail olduqlarını söyləyib.
Turky Servisi/Aran Agentliyi
   Biz bu işə baş qoyduq. Mən və yaxın dostlarım hədələr alırıq, amma qətiyyən yarı yolda dayanmayacağıq”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşündə son günlər aparılan həbslərə dair suala cavabında deyib. O, xalqa mafiyanın çökdürüləcəyi barədə söz verdiklərini və buna böyük ölçüdə nail olduqlarını söyləyib.
    Bu arada istintaqı aparan prokuror Zəkəriyyə Özün Milli İstihbarat (kəşfiyyat) Təşkilatı, Əmniyyət Müdirliyi (polis təşkilatı) və Baş Qərargaha sorğu göndərərək “Ergenekon” adlı terror təşkilatı olub-olmadığını soruşduğu məlum olub. Bilavasitə baş nazirə tabe olan strukturlar – kəşfiyyat və polis sorğuya verdikləri cavabda belə bir təşkilatın olduğunu bildirsələr də, Baş Qərargahdan “bilmirik” cavabı gəlib.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 04