İslam ölkələrinin hamısı sülhməramlı nüvə texnologiyasından istifadə hüququna malikdir.
Turky Servisi/Aran Agentliyi
İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin Ehsanoğlu deyib: İslam ölkələrinin hamısı sülhməramlı nüvə texnologiyasından istifadə hüququna malikdir.
Ehranoğlu Səudiyyə Ərəbistanda çıxan Okkaz qəzetinin son sayı il müsahibədə İranın sülhməramlı nüvə fəaliyyətlərinə dəstək verib.
İslam Konfransı Təşkilatının baş katibi Qərbin İslam ölkələrinin sülhməramlı nüvə fəaliyyətləri və Sionist Rejimin nüvə cəbbəxanalarını himayə etməsi sahəsində ikili mövqe tutmalarını tənqid edib.