Xəbər Lenti

Azərbaycanda ictimai rəy Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

Yəmən Səudiyyə Ərəbistanının cənubuna raket yağdırıb

Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

20 YANVAR faciəsindən 29 il keçir

"Siyasi məhbuslara azadlıq!" mitinqdən - Fotolar

Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi

Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Bakıda müxalifət mitinq keçirdi

ISESCO 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

Arxiv
 
Tarix : 2018 sen 12     |     Kod : 56379

Aşura mərasimləri ilahi şəairdir

Aşura mərasimləri ilahi şəairdir

Arannews-Quran belə buyurur:

ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ

“Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.” (“Həcc” surəsi, 32)

شَعَائِرَ - “Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir, nişanə və əlamət, simvol deməkdir. Qurani-Kərim bir sıra məsələləri Allahın, dinin nişanələri kimi təqdim edərək onlara hörmət və ehtiramı iman və təqvaya bağlayr. (“Həcc” surəsi, 32) 

        Qurtubi “şəair” sözünə belə təfsir verir: “Şəair”- insanı bir yönə sövq edən dəlil, əlamət deməkdir. Ayədəki “şəairilləh” isə insanı Allaha tərəf yönəldən əlamətlərə deyilir.” (“Təfsiri Qurtubi” c. 12, səh. 56) 

        Qurani-Kərimə nəzər saldıqda bizi Allaha yönəldən əlamətlərin nümünəsini görürük:        1. Mərvə və Səfa dağı: “(Ey mömünlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.” (“Bəqərə” surəsi, 158)

        2. Dəvələr: “Biz qurbanlıq kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik.” (“Həcc” surəsi, 36)

        3. Müzdəlifə (Məşərul-həram): “Ərəfatdan qayıdarkən Məşəru-həramda (Müzdəlifədə) Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!” (“Bəqərə” surəsi, 198)        4. Məscid və ilahi məkanlar: “(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər(məscidlər)dir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.” (“Nur” surəsi, 36)

        Bu ayəyə əsasən, məscid də Allahın yer üzündəki nişanəsi və əlamətidir. Təsadüfi deyil ki, məscidə “Allahın evi” deyilir. Məlumdur ki, Allahın xüsusi evə ehtiyacı yoxdur. İlahi məkanların əzəmət və böyüklüyünü göstərmək üçün onlar bu cür adlandırılmışdır.Yer üzünün cənnəti kimi təsvir edilən bu ilahi məkanlar zaman-zaman terror aktlarına, düşmən hücumlarına məruz qalır. Məscidlər içində namaz qılındığı halda partladılır, dağıdılır, sökülərək viran olunur. Bu hallar “Allahın evləri” üçün yolverilməzdir. Öz evimizə göstərdiyimiz diqqətin bir hissəsini bu ilahi məkanlara yönəltsək, bərpa edib qursaq, dünya və axirət xoşbəxtlərindən olarıq.

        Bu ayədən istifadə edərək deyə bilərik ki, ilahi övliya və peyğəmbərlərin də evi bu kateqoriyaya daxildir. Tarixdən və Qurandan bizə məlumdur ki, hətta peyğəmbərin (s) evinin qarşısında yüksək səslə qışqırmaq və peyğəmbəri (s) yüksək səs tonu ilə çağırmaq qadağan edilmiş və bu işi edənlər məzəmmət olunmuşlar. (Bax: “Hucurat” surəsi, 2-3-4-5, həmçinin bax: Cəlaləddin Suyuti – “Ədd-Durrul-Mənsur” təfsiri c. 5, səh. 50)        5. Əshabı-Kəhf mağarası: “...(Nəhayət, Əshabi-Kəhf öldükdən sonra kafirlər) dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!" Onların (Əshabi-Kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mömünlər) isə: "Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" - dedilər.” (“Kəhf” surəsi, 21)

        Diqqət edirsinizsə, Allah övliyası olan və mağarada yenidən dünyalarını dəyişən şəxslərin yerləşdiyi məkanın üzərində məscid tikilir və Quran o hadisəni bizə nümunə kimi göstərir. Bu ayələr bizə öyrədir ki, ilahi şəair sayılan məkanları daim qorumaq, abadlaşdırmaq və o pak məkanlardan axirətimizi abadlaşdırmaq naminə istifadə etməliyik. 
       6. İmam Hüseyn (ə) əzadarlığı da bu baxımdan ilahi şəairdir: Çünki bu mərasimlər birbaşa Allah Rəsulunun (s) bizə göstərişidir və bizə miras qalan sünnələrindəndir. Allah Rəsulunun (s) imam Hüseynə  (ə) ağlaması, göz yaşı tökməsi mövzusunda kifayət qədər hədislər mövcuddur.  Növbəti bəhsimizdə bu deyilənlərə geniş yer ayıracağıq.

 Hədəf14.az

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

 Mahir Şəkərov adlı şəxsin şəkli.




Açar sözlər : 

Yazılıb da (də)   2018 sen 12  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin